Əməkdar artist: “Qohumlarım məni daşqalaq etdilər”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Qohumlarım məni daşqalaq etdilər”

Əməkdar artist Nübar Novruzova həyatının çətin məqamları haqda ATV telekanalına danışıb. Sən demə, aktrisa olduğu üçün qohumları ondan və ailəsindən üz döndərib.

“Naxçıvana getdim, qəbul etmədilər. Məni daşqalaq etdilər. Mən yenidən Bakıya qayıtdım. Allah Yusif Vəliyevə rəhmət etsin. Eyni filmə çəkilirdik. O, mənim əlimdən tutub teatra gətirdi. Mən rolumu oynayanda ağlayıramsa, onu real ağlayıram. Aktrisalar var ki, texnika ilə oynayır. Mən isə real oynayıram. Mən beləyəm. Yalandan heç nə edə bilmirəm. Mən həyatımdan danışıb efirdə ağlayanda, evimizə zəng etməyən qohum qalmadı ki, o, niyə ağlayır? Zənglərdən anamın təzyiqi qalxmışdı. Amma mən çətin, çıxılmaz vəziyyətə düşəndə bir nəfər qohum mənim qapımı döyməmişdi. Övladım var, çətinliklərim olurdu. Heç kəs köməklik etmirdi. Mən xeyir işə getməyə bilərəm. Amma əgər birinin başına iş gəlsə, mən onun başının üstündəyəm. Əvvəllər təbəqələşmə bu səviyyədə deyildi. İndi isə çox böyük fərqlər var. Buna görə də münasibətlər də soyuqdur. Mənim həyat yoldaşım vəzifəli şəxs olub. O, mənimlə evlədiyinə görə çoxu ondan üz döndərdi. O dövrdə hər kəs aktrisanı qəbul etmirdi. O ki qaldı, aktrisa ilə ailə qursun. Mənim qohumlarım da aktrisa olduğuma görə mənə soyuq münasibət göstərir. Mən bilirəm bütün bunları dediyimə görə yenə də bizim evə zənglər olacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm