Övladları Roza Zərgərlini göz yaşlarına boğdu – VİDEO\FOTOLAR
Bizi izləyin

Magazin1

Övladları Roza Zərgərlini göz yaşlarına boğdu – VİDEO\FOTOLAR

Müğənni Roza Zərgərli paytaxtın elit məkanlarından birində özünə təmtəraqlı doğum günü şənliyi təşkil edib.

Publika.az xəbər verir ki, məkana girər-girməz güllərdən hazırlanmış Roza Zərgərli yazısı qonaqların diqqətini özünə cəlb edirdi. Doğum günü şənliyi həzin klassik musiqilərin müşayiəti ilə gələn qonaqları salamlayırdı. Mərasimin aparıcılığını Zabir Əliyev öz öhdəsinə götürmüşdü. Roza Zərgərlini təbrik etməyə gələnləri də məhz Zabir Əliyev qarşılayaraq məclisi açıq elan etdi və təbrik üçün ilk sözü xalq artisti Brilliant Dadaşovaya verdi. Səbəbkarı təbrik edən Brilliant xanım ad günü məclisində şoka düşdüyünü dilə gətirdi:

“Öyrəndim ki, sən demə, Roza 3 uşaq anasıdır. Bu xəbər məni şoka saldı. O, necə hər şeyə vaxt çatdırır? Mənə çox maraqlıdır. Roza mənim diqqətimi çəkən ifaçıdır. Ona görə məni məclisinə, verilişinə dəvət edəndə canla- başla gedirəm. Heç vaxt imtina etmirəm. Çünki o, aparıcısı olduğu verilişi ilə incəsənət və mədəniyyətimizə xidmət edir. Bu gün bu məclisə də həvəslə gəlmişəm. Baxmayaraq ki, buradan çıxıb gecə vaxtı ANS-ə çəkilişə gedəcəyəm. Amma Rozanın ad gününə gəlməyə bilməzdim. Roza, səni təbrik edirəm. Sənə həm ana, həm də xanım kimi xoşbəxt olmağı arzu edirəm”.

Daha sonra isə səbəbkarı təbrik etməyə gələn qonaqlar bir-bir ürək sözlərini söylədilər. Bütün bu xoş sözləri eşidən Roza Zərgərli də gələn dostlarına təşəkkür etdi.

“Bura gələn bütün qonaqlar mənim dostlarımdır. Bu, dost məclisidir. Bu məclisdə mənimlə dost olmayan adam yoxdur. Məclisimi şou formatlı verilişlər üçün qapalı etdim ki, hər kəs özünü dost məclisində rahat hiss edə bilsin. Dəvətimi qəbul edib gələnlərin qarşısında baş əyirəm. Hər birinizə təşəkkür edirəm”.

Birinci hissə təbriklərdən, mərasimin ikinci hissəsi sırf musiqilərdən ibarət oldu. Və şənliyin musiqili hissəsini müğənninin övladları Bənövşə və Corc analarına sürpriz etməklə açıq elan etdi. Müğənninin uşaqları musiqisi Sevil Əliyevaya, sözləri Fikrət Qocaya məxsus olan “Ana” mahnısını ifa etməklə zalda əyləşən hər kəsi, o cümlədən, analarını də kövrəltməyi bacardılar.

Yaranmış kövrək ab-havanı aradan qaldırmaq üçün müğənni əvvəlcədən övladlarının sürpriz hazırladığını bildiyini, amma nə edəcəklərindən xəbərsiz olduğu barədə maraqlı hadisəni danışdı.

“Gecə saat iki idi. Qızım Bənövşəyə mesaj gəldi. Dedim axı bu kimdir gecə saat 2-də mənim qızıma mesaj yazır. Götürdüm ki, “whatsapp”da qrup yaradıblar ki, “Rözanın ad günü”. Nə qədər maraqlandımsa, heç də demədi. Sonradan da qrupun adını “Təkər təmiri” adı ilə əvəz etdilər. Bu ideya kimin idisə, heç yaxşı bənzətmə deyildi”.

Doğum gün şənliyində səbəbkarı təbrik etmək üçün çoxlu sürprizlər olundu.

Roza Zərgərlini təbrik etməyə gələnlər sırasında xalq artisti Brilliant Dadaşova, Arif Əliyev, aktisa Vəfa Zeynalova, rəqqasə Fatimə Fətəliyeva, rejissor Şahin Zəkizadə xanımı ilə, aşıq Ulduz qızı ilə, prodüser Təranə Səmədova, müğənni Boris ilə və digərləri gəlmişdilər.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm