Səməd Səmədov: “Əgər məndən Sevdanı istəsələr”...
Bizi izləyin

Magazin1

Səməd Səmədov: “Əgər məndən Sevdanı istəsələr”...

Xalq artisti Səməd Səmədov küsülü olduğu həmkarı Sevda Əliqızı ilə barışıb. Küsülü müğənniləri tanınmış aparıcı Zaur Kamal barışdırıb.

Publika.az-a danışan müğənni Səməd Səmədov bu barışıqdan razı qaldığını və buna görə aparıcı Zaur Kamala minnətdar olduğunu bildirib: “Sağ olsun Zauru, çoxdan məni Sevda ilə barışdırmaq üçün səy göstərirdi. Buna nail oldu. Sevda da onun sözündən çıxmadı və mənimlə barışdı. Qucaqlaşdıq və bir-birimizi bağışladıq. Sevda məni görəndə ilk sözü bu oldu ki, Səməd, toyların var? Mən də cavab verdim ki, o qədər də çox deyil. Sonra mən ondan toylara gedib-getmədiyini soruşdum. Dedi ki, həm paytaxtda, həm də bölgələrdə toyları boldur. Çox sevindim. Mənə elə gəlir ki, incikliyi qalmamışdı, çünki mənimlə çox mehriban davrandı”.

Maraqlıdır, bu barışıqdan sonra keçmiş duet ortaqları yenidən bir araya gələcəklərmi?

Səməd Səmədov bunu istisna etmədi: “Əgər məndən Sevdanı istəsələr, toylara onunla birgə gedəcəyəm. Yox əgər, ondan məni istəsələr, Sevda da mənimlə oxuyacağına etiraz etməyəcək. Belə danışdıq. Əsas odur ki, ikimizin də toyumuz bol olsun, evdə qazan qaynasın”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm