• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əməkdar artist: “Şaxta atamın əl və ayaq barmaqlarını dondurdu”

  • Magazin1
  • 2 Aprel 2015 17:10
  • 964 Baxış
Əməkdar artist: “Şaxta atamın əl və ayaq barmaqlarını dondurdu”

"Space" telekanalında yayımlanan “Günaydın” verilişi bu gün proqramı tarixə uyğun olaraq Kəlbəcərin işğalı gününə həsr edib. Verilişdə torpaqlarımızın işğal günləri bir daha yada salınıb. Bildirilib ki, Kəlbəcər rayonunun mərkəzi 1993-cü ilin aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, adı dəyişdirilərək Karvaçar adlandırılıb və qondarma "Dağlıq Qarabağ Respublikası"nın Şaumyan rayonunun mərkəzi elan edilib.

Verilişdə qonaq olan əməkdar artist Babək Niftəliyev isə Kəlbəcərdən qaçqın düşdüyü gündən danışıb.

“Mən Kəlbəcərdən çıxanda 8 yaşım var idi. Atam oradan çıxmalı olduğumuzu söylədi. Dedi ki, ancaq qayıdacağıq. Məktəbli çantamı götürmək istədim. Onu da qoymadı ki, qayıdacağıq. Hacıbaba Hüseynovun kasetləri var idi. Onları belə götürməyimə icazə vermədi. Çölə çıxanda maşın karvanlarını gördüm. Bircə özümüzlə pendir çörək götürdük. Maşınlardan heç birində yer olmadı. Sonda Qəmkeş Allahverdiyev bizi öz maşınına mindirdi. İş belə gətirdi ki, yolda şaxtalı hava nəticəsində atamın ayaq və əl barmaqları dondu. Hazırlıqsız yola düşmüşdük. Atam çox çətinliklə bizi Murovdan keçirdi”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də "Space" telekanalında teleaparıcı Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR