İradəyə ad günündə dəyərli hədiyyə - FOTOLAR
Bizi izləyin

Magazin1

İradəyə ad günündə dəyərli hədiyyə - FOTOLAR

Bu gün müğənni İradə İbrahimovanın ad günüdür. Müğənni özəl gününü Türkiyədə ailəsi və dostlarının əhatəsində qeyd edəcək.

Müğənni təəssüratını Publika.az-la bölüşüb: “Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dostlarla bir araya gəlməyi düşünürük. Uşaq ikən böyüməyə tələsirik. Yaş artdıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşman olmadan irəliyə doğru addımlaya bilməyimizdir.

Adətən, doğum günümdə təmtəraqdan uzaq olmuşam. Günü sakit başa vurmaq istəmişəm. Nə qədər dost, ailə təpkiləri olsa da, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşüm. 35 yaşımda elə dəyərli bir hədiyyə almışam ki, onu yaxın zamanda açıqlayacam. 35 yaş həyatımda bu səbəbdən unudulmayan rəqəm olacaq”.

İradə bu gün doğum gününü qeyd edən xalq artisti Firəngiz Mütəllibovanı, rəqqasə Fatimə Fətəliyevanı və digər sənət dostlarını da təbrik etməyi unutmayıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm