Emil Şahinin "Yaralı ürəyi" olay yaratdı - AUİDO
Bizi izləyin

Magazin1

Emil Şahinin "Yaralı ürəyi" olay yaratdı - AUİDO

Keyfiyyətli musiqiləri ilə hər zaman dinləyicilərinin zövqünü oxşayan tanınmış azərbaycanlı bəstəkar və iş adamı Emil Şahin "Yaralı ürək" mahnısını üzə çıxarıb. Sevilən müğənni Elnur Məmmədovun ifasında təqdim olunan mahnının söz yazarı şairə Leylidir.

Publika.az-a açıqlama verən Emil Şahin qısa fasilədən sonra dinləyicilərinin ürəyindən xəbər verən mahnısı barəsində bunları söylədi: "Bu mahnı 2009-cu ildə yazılsa da, Elnur "Yaralı ürəyi" bu yaxınlarda səsyazma studiyasında lentə aldırdı. Əminəm ki, "Söylə neyləsin ürək", "Sel olub, yağmur tək" mahnılarımızdan sonra bu əsər də Elnurun repertuarında özünəməxsus yer tutacaq. Aranjemandan tutmuş ifaya qədər olan bütün proseslərə özüm nəzarət etmişəm”.

Emil Şahin onu da bildirib ki, vaxtdır yaradıcılığıma fasilə verərək şou-biznesdə baş verən hadisələri kənardan seyr edib:

“Çox müğənnilər mahnı oxusalar da, həmin bəstələr hit olmadı. İndi hər mahnı yazan öz musiqisini tərifləyir. Amma mənim bütün əsərim dinləyiciyə təqdim olunanda ajiotaja, olaya səbəb olur.

Dünən Elnur ən baxımlı verilişlərin qonağı olub "Yaralı ürək" mahnısını oxuyanda tamaşaçılar onu ayaqüstə alqışladılar.

Çəkdiyimiz zəhmətə doğru qiymət verilməsi sözlərlə izah olunmayacaq xoşbəxtlikdir. Bunu heç bir maddiyyatla əldə etmək olmaz".

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm