Magazin1
Rəqqasə Fatimə ad günündə mahnı oxudu - FOTOLAR/VİDEO
Rəqqasə Fatimə Fətəliyeva paytaxtın elit məkanlarından birində özünə təmtəraqlı doğum günü qeyd edib. Publika.az xəbər verir ki, hər zaman şou nümayəndələri ilə mehriban olan rəqqasə, demək olar bütün şou əhlini doğum günü şənliyinə dəvət edib.
Mərasimin aparıcısı Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov idi.
Ad gününü media nümayəndələri üçün də açıq edən səbəbkar, hər kəsə doğum günündə özü sürpriz etdi.
“Həmişə xına mərasimlərində məndən mahnı oxumağımı xahiş edirlər. Mən də bu istəkləri nəzərə alaraq bir mahnı lentə aldırmışam. Amma bəri başdan deyim ki, mənim müğənni olmaq fikrim yoxdur”.
Publika.az eksklüziv olaraq ad günündə ifa edilən manhnını təqdim edir.
Diqqətçəkən məqamlardan biri də mərasimin sonunda qonaqlara təqdim olunan lələkli tort oldu.
Rəqqasəni təbrik etməyə gələnlər arasında xalq artisti Nazpəri Dostəliyeva, müğənnilər Sevinc Ağaşirinova, Günay İbrahimli, Roza Zərgərli, Samirə Allahverdi, Xatirə İslam, Emil Bədəlov, prodüserlər Təranə Səmədova, Tamilla Hüseynəliyeva, Humay Muxtarova, teleaparıcılar Zemfira Adıgözəlova, Nanə Ağamalıyeva və başqaları olub.
Publika.az rəqqasə Fatimə Fətəliyevanın doğum günündən fotoları təqdim edir.
İsa Şükürov
Fotoqraf Rəşad Abbasov
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR