• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlhamə: “İspaniyanın 7 şəhərini 4500 manatla gəzdim”

  • Magazin1
  • 5 Aprel 2015 12:37
  • 1 149 Baxış
İlhamə: “İspaniyanın 7 şəhərini 4500 manatla gəzdim”

Müğənni İlhamə Qasımova pulun insan həyatında olan önəmindən danışıb. O, pullu adamın işlərinin də rahatlıqla getdiyi qənaətindədir.

“Pul elə bir qüvvədir ki, sən heç kəsə tabe olmursan, heç kəsə baş əymirsən, işlərini rahatlıqla görə bilərsən. Mən pulu qənaət və ağılla xərcləyirəm. Pulumun qədrini bilirəm. Təyyarədə belə heç vaxt biznes klass üçün bilet almıram. Lazımsız şeylərə pul xərcləmirəm. Bir həftəlik səfər üçün 20 min xərcləmirəm. Həmin məbləğin üçdə bir hissəsi ilə bir ay xaricdə istirahət edərəm. İspaniyanın 7 şəhərini gəzdim, orada qaldım. Cəmi 4500 manat pul xərclədim”.

Qasımova hətta pulu xərcləməmək üçün arzularından imtina etdiyini də etiraf edib.

“İbizaya getmək istəyirdim. Otellərin qiymətini görəndə, dedim İbiza mənim başıma dəysin. Otellərin bir günü 800-900 avro idi. Mən belə şeylərə pul xərcləmərəm”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR