Flora Kərimova: “Nail Naiboğlu başımı aldatdı ki...”
Bizi izləyin

Magazin1

Flora Kərimova: “Nail Naiboğlu başımı aldatdı ki...”

Xalq artisti Flora Kərimovanın musiqisi Sevinc Tofiqqızına və sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan “Səni gözləyəcəm” adlı mahnıya çəkdirdiyi klip artıq hazırdır.

Bu barədə Publika.az-a sənətkar özü məlumat verib. Çoxdandır klip çəkdirmədiyini deyən xalq artisti yeni ekran işindən zövq adlığını bildirib:

“Gənclərlə işləmək mənə xoşdur. Bilirsiniz ki, hər zaman onlara dəstək də olmuşam. Amma məndə bir qədər ərincəklik yaranıb, evdən bayıra çıxmaq istəmirəm. Amma sağ olsun uşaqlar, məni evdən çıxartdılar. Klipin rejissoru Nail Naiboğludur. Nail ssenari barədə əvvəlcə mənə heç nə demədi, başımı aldatdı ki, hər şey rahat olacaq. Çəkilişə gələndə gördüm ki, yox e, əməlli-başlı iş görəcəyəm. Amma çəkilişdən zövq aldım. Musiqi və sözlər də ürəyimcə oldu. Çox danışmayım, klipin təqdimatından sonra özünüz hər şeyi görəcəksiniz”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm