Gənc müğənni Nadirin titulundan imtina etdi
Bizi izləyin

Magazin1

Gənc müğənni Nadirin titulundan imtina etdi

“Bu gün mən şou-biznesə yeni bir sima gətirdim. Düşünürəm ki, Rauf Bədəlzadə bu sahədə çox tanınacaq. Çünki o, peşəkar komanda ilə çalışır. Mən daim ona şou aləmində dəstək olacam. Bundan sonra bir çoxları deyəcək ki, şou-biznesə “kiçik əjdaha” gəlir".

Özünü Azərbaycan şou-biznesinin əjdahası adlandıran Nadir Qafarzadə bu sözləri müğənni Rauf Bəsəlzadə barəsində demişdi.

Rauf Publika.az-a açıqlamasında, "kiçik əjdaha" titulundan imtina etdiyini söylədi: "Sağ olsun, Nadir mənə sənətdə dəstək olub. Birlikdə duet oxumuşuq. Amma şou-biznesin kiçik əjdahası olmaq istəmirəm. Düşünürəm ki, Nadir Qafarzadədən sonra heç kim bu adı özünə yapışdıra bilməz. Qoy hamı məni elə Rauf Bədəlzadə kimi tanısın. 15 ildir səhnədəyəm, sadəcə sənətdən başqa mövzularla efirlərə çıxmağı sevmirəm. Nadir Qafarzadəyə gəlincə, o artıq sözünü demiş sənətkardı, hər mövzuda danışa bilər. Əjdahalıq mənlik deyil. Mən başımı aşağı salıb, işimlə məşğul olsam yaxşıdı"!

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm