“Sevməyəndə hamını öldürmək istəyirəm”
Bizi izləyin

Magazin1

“Sevməyəndə hamını öldürmək istəyirəm”

Bu gündən “Space” telekanalında “Əsl şou” adlı yeni veriliş başlayıb.

Verilişin yaradıcı heyəti efirə çıxan gündən tamaşaçılara sürpriz etməyi bacarıb. Belə ki, verilişə Novruz İsmayılla yanaşı, sevilən müğənni Səidə Sultan da aparıcılıq edir.

Verilişdə müğənni sevgi həyatı barədə maraqlı açıqlama verib.

“Sevirəm. Sevməsə, insan yaşaya bilər?! İnanın, bir az sevməyəndə, hamını öldürmək istəyirəm. Hamı ilə dalaşmaq istəyirəm. Ona görə də sevgi gözəl şeydir. Hamıya qarşılıqlı sevgi arzu edirəm”.

Daha sonra isə müğənni Səidə Sultan geyindiyi ayaqqabıları ilə narahatlıq yaşayıb və hündürdaban ayaqqabılarını canlı yayımda çıxardıb.

“Mənə bu ayaqqabılarda gəzmək narahatdır. Heç kəs məni qınamasın, amma mən bunları çıxardacağam”.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm