Tanınmış aparıcı arıqlayıb belə oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

Tanınmış aparıcı arıqlayıb belə oldu - FOTOLAR

Tannımış teleaparıcı Lətafət Ələkbərova xeyli çəki ataraq nərmənazik qız olub.

Bu barədə Publika.az-a danışan Lətafət 12 kilo arıqladığını və buna xüsusi pəhriz vasitəsi ilə nail olduğunu bildirib: “Sözün düzü, son vaxtlar komplekslərim vardı, vücudumun müəyyən nahiyələrində olan artıq çəki məni narahat edirdi. Həkimlə məsləhətləşdim və yeyə-yeyə arıqladım. İki ay yarım müddətində 74 kilodan 62 kiloya endim. İndi özümü çox gözəl hiss edirəm”.

Aparıcı müəyyən qidalardan imtina etdiyini də deyib: “Xüsusi testlərdən keçdim. Bəlli oldu ki, düyü, kartof, qarabaşaq məni kökəldir. Bunları menyümdən çıxartdım. Amma bolluca ət, yaşıl alma və göyərti yeyirəm. Hətta kabab və ət qızartması belə məni kökəltmir. Düzdür, ilk həftələr mənə çətin oldu, amma yavaş-yavaş öyrəndim. Əsas odur ki, sonucda istəyimə nail oldum. Doğrudan da, xanım istədiyi çəkidə olanda özünə əminliyi artır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm