.jpg)
“Debüt” studiyasında yeni ekran əsərinin çəkilişləri başlanır.
Studiyadan Publika.az-a bildirilib ki, aprelin ilk
ongünlüyündə çəkilişlərinə start veriləcək kinoalmanaxın şərti adı
“Bakı gecələri” adlanır. Kinoalmanaxa 5 novella daxildir. Hər
novella qısametrajlı film kimi ekranlaşdırılacaq və xronometrajı
8-10 dəqiqə olacaq.
Kinoalmanaxın çəkilməsinin əsas məqsədi Bakının gözəlliklərini,
xüsusilə şəhərin gecə mənzərəsini nümayiş etdirməkdir. Çəkilişlər
aprelin sonunda bitəcək.
Qeyd edək ki, kinoalmanaxa daxil olan novellaların ssenari müəllifi
İlqar Fəhmidir. Qısametrajlı filmləri gənc rejissorlar Rövşən
Ağayev, Xədicə Qarayeva, Kəmalə Zəkiyeva, Gündüz Əliyev və Cabir
Hacıyev ekranlaşdıracaq. Filmlərin quruluşçu operatoru Yuri
Varnovskidir.
Cəvahir