Elnuru hava limanında 3 saat saxladılar
Bizi izləyin

Magazin1

Elnuru hava limanında 3 saat saxladılar

Müğənni Elnur Məmmədov Amerikada başına gələn xoşagəlməz hadisəni “Əsl şou” verilişində danışıb.

“12 saat təyyarə ilə Amerikaya uçduqdan sonra məni hava limanında 3 saat saxladılar. Səbəb isə timsah dərisindən geyindiyim gödəkçə idi. Təbii olub-olmamasını soruşdular. Mən də özümü göstərirmiş kimi “Əlbəttə təbiidir” dedim. Dedilər onda gəl arxamca. Və beləcə 3 saat gömrükdə qalası oldum”.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm