Niyam dünyasını dəyişən Kayahan barədə nələr dedi?
Bizi izləyin

Magazin1

Niyam dünyasını dəyişən Kayahan barədə nələr dedi?

Müğənni Niyam Salami bir neçə gün öncə dünyasını dəyişən Türkiyənin tanınmış müğənnisi Kayahanın xatirəsinə mahnı ithaf edib. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, o, Kayahanın illər öncə ifa etdiyi “Seni versinlər ellərə” adlı bəstəni lentə aldırıb:

“Kayahanın ölüm xəbəri məni çox üzdü. Kiçik yaşlarımdan onun mahnıları ilə böyümüşəm. Hamı kimi biz də bu dünyaya qonağıq. Amma tarixdə elə insanlar var ki, bu dünyada yaşaya-yaşaya, sağlığında əbədiləşir. Məsələn, Kayahan. Mərhum həmin sənətçilərdəndir ki, dünyasını dəyişsə də, bir çox insanların yaddaşında qalacaq. Ölüm haqqdır, çıxmaq olmaz əmirdən. Allah o dünyasını versin. Mən də bir sənətçi kimi onun ruhunu şad etmək üçün özünün repertuarından olan “Seni versinlər ellərə” mahnısını ifa etdim. Necə alındığını isə dinləyicilər deyəcək”.



N.Salami onu da əlavə edib ki, yaxınlarda telekanalların birində aparıcılıq edəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm