Miri Yusifin baş rola çəkildiyi “Yarımdünya” filmi təqdim olundu – FOTOLAR
Bizi izləyin

Magazin1

Miri Yusifin baş rola çəkildiyi “Yarımdünya” filmi təqdim olundu – FOTOLAR

Bu gün tanınmış ifaçı Miri Yusifin baş rola çəkildiyi və çoxdandır ki, gözlənilən “Yarımdünya” filminin “Flame Towers”in “Park Cinema”-də mətbuat nümayəndələri üçün qapalı nümayişi keçirilib. Publika.az xəbər verir ki, təqdimatda filmin yaradıcı heyəti - rejissor Osman Albayraq, prodüser və filmdə baş rollardan birini oynayan Tural Əsədov, müğənni Miri Yusif, aktrisalardan Gülsara Rzayeva, Pərvin Abıyeva, aktyor Kamran Ağabalayev iştirak ediblər.

Qeyd edək ki, əvvəlcə, film nümayiş olunub. “Yarımdünya” filminin əsas qəhrəmanları və türkiyəli rejissor filmi jurnalistlərlə birlikdə izləyib.

Filmdən sonra mətbuat konfransı keçirilib.

Filmin quruluşçu rejissoru Osman Albayraq azərbaycanlı aktyorlarla işləməkdən böyük zövq aldığını deyib:

“Miri Yusifin ilk işi olmasına baxmayaraq, öz rolunun öhdəsindən məharətlə gəlib. Filmdən əvvəl aktyorlarla kastinqlərdə tanış olub, söhbət edirsən. Bu prosesdə onların potensialı üzə çıxır. Yalnız bundan sonra birgə yola çıxmağa qərara verirsən. Aktyorluq qabiliyyətini bəyənməsəydim, bu yola onlarla birlikdə çıxmazdım. Hər kəsin oynundan razıyam, çox şükür heç bir problemim olmadı”.

Filmdə Anar obrazını canlandıran Miri Yusif sevdiyi xanımı xilas etməkdən ötrü ölümü gözə alır. Qızı xilas etmək üçün oliqarxın evinə daxil olur. Film və bu epizod barədə təəssüratlarını bölüşüb:

“Mən sevdiyim qadın uğrunda nəinki ölüm təhlükəsi ilə üzləşəcəyim oliqarxın evinə daxil olardım, hətta heç tanımadığım, insan ayağı dəyməyən, naməlum materikə də getməyə hazıram”.

Demək olar ki, öz probobrazını və özünə yaxın olan musiqiçi rolunu canlandıran Miri Yusif filmdə bir neçə yerdə söyüş söyüb. Bunu real həyatda da normal qəbul etdiyini və qəzəblənəndə hər kəsin bəzi umünasib olmayan ifadələr işlətdiyini söyləyib. O, “Fikir vermisinizsə, hətta səhnədə də özüm olmağa çalışıram. Filmin ssenarisi ilə tanış olanda rejissordan bir xahişim oldu. Dostlarımla real həyatda necə danışıramsa, filmdə də elə danışacağımı söylədim. Çünki qəzəblənəndə biz hamımız, xüsusən də, kişilər söyüşdən daha çox istifadə edir.

Əsəbi olduğum səhnələr çəkiləndə həqiqətən də əsəbi idim. Yeri gəlmişkən, qeyd edim ki, yumruqların biri üzümə dəymişdi. Sağ olsun, Fəxri (Kamran) burnumda çəpər əyriliyi var idi, onu yerinə saldı” - deyib.

Tural Əsədov isə “Əgər filmdə ədəbi dildə danışsaydıq, süni görünərdi” – deyib.

O, filmin sosial şəbəkələrdə “Sevgi yoxdur” həştəqi ilə paylaşılmasına da münasibət bildirib:

“Bu həştəqin daha çox maraq doğuracağını nəzərə aldıq. Filmi izləyəndən sonra tamaşaçıların özləri sevginin mövcud olub-olmaması haqqında bir daha dəqiq qərar verəcəklər”.

Qeyd edək ki, filmin süjeti iki yaxın dost, Anar və Fuadın Dənizə sevgisindən ibarətdir. Hadisələr bu məhəbbət üçbucağı ətrafında cərəyan edir. Talelərində artıq bir dəfə bu sınaqdan keçən dostlar bu xoşagəlməz hal ilə yenidən qarşı-qarşıya qalır. Lakin sevginin onları hara aparacağını bilmirlər.

Filmdə sözügedən aktyorlarla yanaşı Qurban İsmayılov, Abbas Qəhrəmanov da çəkilib.

Ekran işi Azərbaycanın bütün kinoteatrlarında aprel ayının 9-dan etibarən nümayiş olunacaq.

Aytən

Fotoqraf: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm