Elza Ledi Qaqaya əsəbiləşib od püskürdü - FOTOLAR
Bizi izləyin

Magazin1

Elza Ledi Qaqaya əsəbiləşib od püskürdü - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan onu “Ledi Qaqa” adlandıranlara qəzəblənib. Publika.az xəbər verir ki, əsəblərinə hakim kəsilə bilməyən bəstəkar-müğənni bu barədə “Əsl şou” verilişində açıqlama verib.

“Mənə “Ledi Qaqa” deməyin. Mən səhnəyə 1996-cı ildə gəlmişəm, Ledi Qaqa isə 2006-ci ildə, 10 il məndən sonra. Azərbaycanda Elza Seyidcahan, Amerikanın isə Elza Seyidcahanı Ledi Qaqadır. Bu, faktdır. Bunu hər yerdə qorxmadan deyin”.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-də teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm