Elnur: “Mən ona artıq heyran olmuşam” - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Elnur: “Mən ona artıq heyran olmuşam” - FOTOLAR/VİDEO

Bu gün “Eurovision” musiqi yarışmasının rəsmi internet səhifəsi Azərbaycanı təmsil edən Elnur Hüseynovdan builki iştirakı və ifa edəcəyi mahnı ilə bağlı müsahibə dərc edib.

Müəllif Elnuru “Eurovision” ailəsinin bir üzvü kimi təqdim edib. Onu 2008-ci ildə Samir ilə birlikdə artıq adıçəkilən müsabiqədə iştirak etməsini xatırladıb.

Elnur Hüseynov (Fotosessiya)

- Builki çıxışınızda 3 ən maraqlı aspekt hansılardır?

- “Hour Of The Wolf” müasir mistik balladadır. Mən artıq mahnıma heyran olmuşam. Bu il mən “Eurovision” səhnəsinə ikinci dəfə çıxacağam. 2008-ci ildə Samirlə mən 8-ci yerə layiq görülmüşdük. İndi daha çox səhnə ideyalarımız var. Bizdən xüsusi bir şey gözləməyə dəyər.

Click to enlarge image 1.jpg

- Səhnəyə çıxmazdan əvvəl hər hansı icra etdiyiniz ritualınız var?

- Düzünü desəm, yoxdur. Amma bunu çoxdan etməli idim.

- “Eurovision” Sizin üçün niyə əhəmiyyətlidir?

- Bu, mənim özümü solo ifaçı kimi təqdim etməyim üçün böyük şansdır. Mən ifa edəcəyim mahnıya inanıram. Onun çox güclü ismarışları var. “Hər bir ürək mübarizə aparmağı bacarmalıdır”, Biz heç vaxt təslim olmamalıyıq" kimi ifadələr mahnımızın əsas şüarıdır. Biz xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq.

Qeyd edək ki, Azərbaycanı “Eurovision” musiqi müsabiqəsində təmsil edəcək Elnur Hüseynov mayın 21-də ikinci yarımfinalda səhnəyə çıxacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm