Çingiz Abdullayev: “Cənnətdə 40 pəri mənim üçün rəqs edəcək”
Bizi izləyin

Magazin1

Çingiz Abdullayev: “Cənnətdə 40 pəri mənim üçün rəqs edəcək”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Neftçi” futbol klubunun prezidenti Çingiz Abdullayev haqq dünyasının olub-olmamasından danışıb. Publika.az xəbər verir ki, ANS telekanalında qonaq olan yazıçı bu dünyada insan kimi yaşamağın vacibliyini ön plana çəkib.

“Cəhənnəmdə maraqlı adamlar çoxdur. Sizə də arzu edirəm ki, cəhənnəmə düşəsiniz. Cənnətdə maraqsız insanlar olacaq. Cənnətdə kim olacaq ki? Mən Kərbəla, Məkkə, Nəcəf, Qüds, Məşhəddə olmuşam. Digər tərəfdən isə düşündüm ki, mən cənnətə düşəcəyəm və 40 pəri mənim üçün rəqs edəcək, bir kişi ancaq mən olacağam? Mən belə şeylərə inanmıram. Mən inanıram ki, bütün işlərini insan bu dünyada görməlidir. Bu dünyada insan kimi yaşamaq lazımdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm