Prodüserlə müğənninin sözü çəp gəldi
Bizi izləyin

Magazin1

Prodüserlə müğənninin sözü çəp gəldi

Müğənni Sədaqət Ulduz və prodüser Sayqa arasında anlaşılmazlıq olub. Publika.az xəbər verir ki, müğənni Sədaqətin “Günaydın” verilişində səsləndirdiyi “Müğənni niyə hansısa verilişə deməlidir ki, məni qonaq çağır. Müğənni oxumalı, verilişlər isə onu çağırmalıdır”, - fikri prodüseri özündən çıxardıb.

“Sədaqət, sən düz danışmırsan! Televiziya mənim ruhumdadır. Müğənnini nə gözəl geyimi, nə də qalmaqalına görə sevirlər. Müğənni repertuarına görə sevilir, yadda qalır və dəstəklənir. Məsələn, götürək Nadir Bayramlını. Onun şəxsiyyətinə və sənətinə hörmətim sonsuzdur. Amma o, son aylarda hansı yaddaqalan mahnını oxuyub? Bir mahnısının adını çəkin? Mən onu harda eşidib, harda dinləməliyəm ki, onu dəvət edim? Bu işləri prodüser etməlidir”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm