“100 kağız”-ın qala gecəsi keçirildi - FOTOLAR
Bizi izləyin

Magazin1

“100 kağız”-ın qala gecəsi keçirildi - FOTOLAR

İllər öncə yazılan ssenari, axır ki, ekranlaşdırılıb. Publika.az xəbər verir ki, Fərid Rzayevin ssenarisi əsasında çəkilən, Şahin Zəkizadənin rejissoru olduğu “100 kağız” kinokomediyası Nizami Kino Mərkəzində təmtəraqlı qala gecəsi ilə tamaşaçıların ixtiyarına buraxılıb.

Ümumi bir süjet xətti olmayan, müxtəlif hadisələri özündə əks etdirən səhnəciklərdən ibarət filmdə 52 aktyor iştirak edib. Ekran işinin baş qəhrəmanı 100 manatlıq əskinasdır. Filmin nümayişindən əvvəl jurnalistlər üçün təqdimatı keçirilib. Tədbiri prodüser Sayqa Cahid açıb. O, filmlə bağlı ümumi məlumat verib. Daha sonra filmin rejissoru Şahin Zəkizadə çıxış edərək çəkiliş prosesindən ətraflı danışıb. “Filmdə çəkilən 52 aktyorun hər birinə təşəkkür edirəm. Bu ssenari tam 14 il əvvəl yazılıb. Bakı və Şamaxıda həyata keçirilən çəkilişlər 21 gün davam etdi”.

Daha sonra bütün aktyor heyəti səhnəyə dəvət olunub. Filmdə çəkilən xalq artisti Arif Quliyev, əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elnur Məmmədov, Bəhram Bağırzadə, teleaparıcılar Zemfira Adıgözəlova, Azər Axşam, Xose Bernardo, müğənni Roza Zərgərli yaratdıqları obrazdan, çəkiliş prosesində onlara maraqlı görünən məqamlardan danışıblar.

Filmə dəvət olunan qonaqlar arasında xalq artisti Faiq Ağayev, əməkdar artist Sənubər İsgəndərli, müğənni Əbdül Xalid, prodüser Təranə Səmədova da olub.

Publika.az qala gecəsindən fotoları təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm