Elnarə Xəlilova televiziyalara qarşı üsyan etdi
Bizi izləyin

Magazin1

Elnarə Xəlilova televiziyalara qarşı üsyan etdi

Müğənni Elnarə Xəlilova telekanallar haqqında olan fikrinə aydınlıq gətirib. Publika.az müğənninin açıqlamasını olduğu kimi təqdim edir.

“Bizim çox gözəl televiziya dəyərlərimiz var. Mən Azərbaycan televiziyasını təhqir etməmişəm. Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm. Çünki efirə kimlər gəldi çıxır, ağızlarına nə gəldi danışırlar. Mənim etirazım televiziya kanallarına çıxan insanlara deyil, mənim etirazım onları efirə buraxan televiziya kanallarının rəhbərlərinədir. Bir sıravi tamaşaçı kimi telekanal rəhbərlərinə müraciət edirəm. Mən onlardan umuram. Mən normal efir umuram. Normal efir tələb edirəm. Müğənni kimi yox, üç uşaq anası kimi övladlarımın televiziya kanalları vasitəsilə tərbiyələrinin pozulmasının əleyhinəyəm. Bəsdirin, insanların əsəbləri ilə oynadınız! Mən niyə övladlarımı öz telekanallarımızdan qorumalıyam?! Milli Televiziya və Radio Şurasından (MTRŞ) artıq dərəcədə xahiş edirəm ki, efirlərdə səslənən müraciətlərə, ismarışlara, söyüşlərə və təhqirlərə diqqət etsin. Bəzi aparıcılar qonaqları ağladana kimi alçaldır və təhqir edir. Bunlar haqqında ölçü götürüləcək, ya yox?“

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm