Sənubər İsgəndərli gerçəkləşməyən arzusundan danışdı
Bizi izləyin

Magazin1

Sənubər İsgəndərli gerçəkləşməyən arzusundan danışdı

Əməkdar artist Sənubər İsgəndərli ilk dəfə rol aldığı yeni, cəmi 3 oyunçunun cəlb olunduğu tamaşadan danışıb. Publika.az-a açıqlama verən aktrisa ilk dəfə rol alacağı tamaşadan həvəslə danışıb:

“15-18 aprel tarixlərində türk yazıçısı Toyqun Orbayın “21:15 qatarı” əsərinin premyerası olacaq. Mən tamaşada rol alacağam”. Qeyd edək ki, cəmi 3 aktyorun iştirakından ibarət olacaq tamaşada S.İsgəndərlinin tərəf müqabili Nurəddin Mehdixanlı və Hacı İsmayılov olacaq:

“Hər üçümüz əvvəldən sona kimi səhnədə olacağıq. Hazırda premyeraya hazırlaşırıq. Hər gün məşq edirik. İlk dəfədir bu tamaşada rol alacağam”.

Bundan başqa əməkdar artist ən böyük arzusunun indiydək reallaşmamasından da söhbət açıb.

“Ən böyük arzum isə Anna Karenina obrazını canlandırmaqdır. Bu günə qədər o obrazı canlandırmamağımın səbəbi isə Azərbaycanda həmin əsərin ekranlaşdırılmaması və səhnələşdirilməməsidir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm