Rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi açılıb
Bizi izləyin

Magazin1

Rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi açılıb

Muzey Mərkəzinin Sərgi qalereyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisinin açılış mərasimi keçirilib.

Sərgini giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Novruzov Emil Əzizin Azərbaycan rəssamlığına verdiyi töhfələrdən danışıb. Daha sonra əməkdar incəsənət xadimi Rafiq Əziz, əməkdar rəssam Sakit Məmmədov və Rəssamlar İttiqafının üzvü, Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov Emil Əziz barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, rəssamlığa uşaq yaşlarından maraq göstərən Emil bu sənətin sirlərini atası, əməkdar incəsənət xadimi Rafiq Əzizdən, eləcə də Sakit Məmmədovdan öyrənib.
Uzun müddət vətənindən kənarda yaşamasına baxmayaraq Emilin Azərbaycanı beynəlxalq sərgilərdə layiqli təmsil etməsi xüsusi qeyd olunub.

Sərgiyə böyük maraq olduğundan Emil Əziz uç gün ərzində onun əsərlərini izləməyə gələnlərlə şəxsən görüşüb və rəsmləri barədə geniş məlumat verib.

Son zamanlar Muzey Mərkəzində keçirilmiş sərgilər arasında izləyici sayının çoxluğuyla seçilən “Yuxularım”da rəssamın 43 əsəri sərgilənib.

Beynəlxalq sərgilərin iştirakçısı, UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü, Emil Əzizin hazırda Parisin Luvr muzeyinin "Carrousel" qalereyasında təşkil olunacaq sərgiyə hazırlaşır.


İsa Şükürov

Fotoqraf Leyli Ələkbərova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm