İngilislərdən bakılılara film qonaqlığı - FOTOLAR
Bizi izləyin

Magazin1

İngilislərdən bakılılara film qonaqlığı - FOTOLAR

Bu gün Bakıda 2-ci Britaniya Film Festivalına start veriləcək. Bununla əlaqədar olaraq, mətbuat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt festivalla bağlı məlumat verib.

O qeyd edib ki, Azərbaycan tamaşaçısına Britaniya kinematoqrafiyasının ən yaxşı filmlərini nümayiş etdirəcəklər:

Bakıya dünyada şöhrət qazanmış filmlər gətirilib və azərbaycanlı kinosevərlərə fürsət yaradılıb. Biz hətta uşaqları da unutmamışıq, onlar üçün də cizgi filmləri nümayiş olunacaq.

Elizabet Vayt onu da bildirib iki film istisna olmaqla, qalan filmlər ingilis dilində nümayiş olunacaq: Biz özümüz istədik ki, filmlər ingilis dilində nümayiş olunsun. Çünki bu, təcrübə rolunu oynayacaq. Həm də insanlar ingilis dilində filmləri böyük ekrandan daha maraqla izləyə biləcəklər. Filmlərdən biri animasiya, digəri isə səssiz olduğu üçün onları anlamaq rahat olacaq.

Mətbuat konfransında festivalın sağlamlıq imkanları məhdud olan uşaqlarla işə həsr edildiyi bildirilib.

Festivala “Mr Turner” filmi ilə start veriləcək. Film unikal Britaniya rəssamı Uilyam Ternerin həyat tarixçəsindən və yaradıcılığından bəhs edir.

Aprelin 12-dək davam edəcək festivalda tamaşaçılara “Yamsılama oyunu” (The İmmitation Game), “Paddinqtonun macəraları” (Paddington), “Qoyuncığaz Şon” (Shaun The Sheep), “Rinq” (The Ring), “Qürur” (Pride) filmləri nümayiş olunacaq.

Filmlər “28 Cinema” kinoteatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə fərqlidir. Belə ki, 2D filmləri izləmək üçün tamaşaçılar 2 AZN, 3D filmlərə 3 AZN ödəməli olacaqlar.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm