İlhamə Elnurun ifasından danışdı - FOTOLAR
Bizi izləyin

Magazin1

İlhamə Elnurun ifasından danışdı - FOTOLAR

Azərbaycanı Avropada uğurla təmsil edən müğənni İlhamə Qasımova “O səs Türkiyə”nin qalibi Elnur Hüseynov və onun həmin musiqi yarışmasında ifasından danışıb. Bu haqda xanım müğənni “Əsl şou” verilişində söhbət açıb.

“Qalib gəlməyinə sevindim. Amma çıxışlarından bəzilərini bəyənmirdim. Mən obyektiv olmağı sevirəm. Elnur çox istedadlı insandır. O, falset səslə ifa etməyi çox sevir. Amma elə mahnılar var ki, bu səslə çox oxumağın yeri yoxdur. Elnur “O səs Türkiyə” yarışmasında olan bütün uşaqlardan güclü idi. Orda olan həm türk, həm də həmyerlilərimizi nəzərdə tuturam”.

Müğənni həmçinin Elnurun bu il “Eurovision” müsabiqəsində ifa edəcəyi mahnıdan da danışıb.

“Onun bu ilki “Eurovision” musiqi yarışmasında ifa edəcəyi mahnı da çox gözəl mahnıdır. Çox gözəl də ifa edib”.

Maraq üçün bildirək ki, Elnur “Eurovision” musiqi yarışmasında səhnəyə 21 mayda ikinci yarım finalda çıxacaq. Azərbaycanı təmsil edəcək müğənni “Hour of the Wolf” mahnısını ifa edəcək.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Foto: İsmixan Sadıqov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm