Zemfira Adıgözəlova: “Məni ancaq məşuqə kimi görürlər” - FOTOLAR
Bizi izləyin

Magazin1

Zemfira Adıgözəlova: “Məni ancaq məşuqə kimi görürlər” - FOTOLAR

Teleməkanın ən cazibədar aparıcılarından olan Zemfira Adıgözəlova çəkildiyi “100 kağız” filmində oynadığı məşuqə obrazından bəhs edib. Publika.az-a açıqlama verən xanım Adıgözəlova rejissorların onu məşuqə obrazından başqa ayrı obrazda görmədiklərini bildirib.

“Filmin rejissoru Şahin Zəkizadə mənə rol üçün zəng edəndə ilk ağlıma gələn “100 faiz nə isə açıq-saçıq səhnə üçün zəng edib”, - fikri oldu. Çünki Şahinə qədər gələn bütün təkliflər açıq-saçıq səhnələr üçün olub. Artıq öyrəncəkliyəm buna. Əksəriyyət də məni kiminsə sevgilisi, məşuqəsi rolunda görür. İlk sualım da o oldu ki, “Kimin sevgilisi olmalıyam?” Elə mən düşündüyüm kimi də oldu. Filmdə sevgilim Nicatdır. Mən İncəsənət Universitetinin rejissor-aktyorluq fakültəsini bitirmişəm. Bu səbəbdən oynaya bilməyəcəyim bir obraz yoxdur. Sadəcə, resjissorlar məni ancaq məşuqə kimi görürlər. Şahin Zəkizadə mənə film təklifi edəndə, peşəkar aktyor heyətinin adını görüb razılaşmaya bilməzdim. Filmdə Azərbaycanın aktyor sənətinin qaymaqları rol alıb. Şahinə filminə məni dəvət etdiyi üçün təşəkkür edirəm".

Teleaparıcı son dövrlərdə çəkilən komediya filmlərinə münasibət də bildirib.

“Artıq ilk addımları atırlar. Bu səbəbdən müəyyən səhvlər var və olmalıdır. Odur ki, belə səhvlərə normal baxıram. Pis işləmirlər. Komandanın əziyyəti var. Düşünürəm ki, get-gedə biz “Oscar” mükafatına layiq görüləcəyik”.

Zemfira xanım, müsahibəsində qonorarsız filmə çəkilmədiyini də əlavə edib.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm