Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar
Bizi izləyin

Magazin1

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Məlum olduğu kimi, Bakıda Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan "Əli və Nino" filminin çəkilişləri davam edir. Publika.az buro24/7-ə istinadən xəbər verir ki, filmlə bağlı ənənəvi yazılar silsiləsinin davamında sizə Əli və Nino cütlüyünün filmdən olan ilk birgə fotosunu təqdim edir.

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Aprelin 1-dən etibarən "İçərişəhər"də yenidən başlayan çəkilişlər ayın 14-dək davam edəcək. Ötən gün 1918-ci ildə baş vermiş Bakı döyüşünün səhnələri çəkilib.

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Filmin çəkilişləri Azərbaycan Dövlət Opera və Balet teatrında da aparılıb. Əli və Nino Bakı şəhər opera teatrında "Yevgeni Onegin" tamaşasını izləməyə gedirlər. Məhz burada Əli erməni Məlik Naçararyanın Ninoya laqeyd olmadığının bir daha şahidi olur.

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Bundan başqa, çəkilişlər Qubanın qədim Xınalıq kəndində də aparılıb. Burada Əli və Ninonun Dağıstan səfəri göstərilib.

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Əsərdə köhnə Bakı, Bibiheybət neft mədənləri sahəsi barədə söhbət açılır. Artıq bu səhnələrin də çəkilişi yekunlaşıb. Bakıdan sonra çəkilişlərin İran, İstanbul və Tbilisidə aparılması planlaşdırılır.

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü – Fotolar

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, Asif Kapadiya, ssenari müəllifi isə Kristofer Hemptondur. Filmdə baş rolları Adam Bakri və Mariya Valverde canlandırırlar. Aktyor heyətinə Mendi Patinkin, Konni Nilsen, Rikkardo Skamarço, Humayun Ərşadi, Halit Ergenç, Numan Acar, Fəxrəddin Manafov, Rasim Cəfərov, Pərviz Bağırov, Dəniz Tacəddin və digərləri daxildir.

Aktrisalar Dəniz Tacəddin, Maria Valverde və Xumar Səlimova çəkilişlərdə.

Aktrisalar Dəniz Tacəddin, Maria Valverde və Xumar Səlimova çəkilişlərdə.

Qeyd edək ki, müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir.

Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür.

Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır.

Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm