Orxan Zeynallı: “Bu konsertdən bütün Bakı danışacaq”– Yeni trek
Bizi izləyin

Magazin1

Orxan Zeynallı: “Bu konsertdən bütün Bakı danışacaq”– Yeni trek

Orxan Zeynallı (AiD) “Uzaqlardan məktub” adlı yeni trekini dinləyicilərinin ixtiyarına verib.

O, Publika.az-a açıqlamasında bildirib ki, bu trek uşaqlıq xatirələri əsasında yazılıb. Trekin əvvəlində və sonunda “Əziz atam və anam” sözləri ilə valideynlərinə xitab edən ifaçı “Mənim üçün uşaqlıq illəri həyatımın ən şirin dövrü olub. Böyüdükcə başa düşmüşəm ki, uşaqlığım necə çətin illərə təsadüf edib. Valideynlərimiz xatirələrimizin bu cür təmiz və doğma olması üçün bizi çətinliklərdən qoruyublar” - deyib.

Aprelin 26-da “Jazz” mərkəzində konsert verməyə hazırlaşan Orxan Zeynallı “Konsertdə mən öz komandam ilə birlikdə həm yeni, həm də köhnə, sevilən mahnılarımı ifa edəcəyik. Bundan başqa sürprizlər də olacaq, amma onlar haqqında əvvəlcədən məlumat verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, sürpriz duetlərlə bağlıdır. Bəzi duetlər tamaşaçıları, sözün əsl mənasında, şoka salacaq. Bir sözlə, bu konsertdən bütün Bakı danışacaq” ,– söyləyib.

Yeni treki təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm