İzzət Bağırov: “15 il sonra yeni müğənniyə ehtiyac qalmayacaq”
Bizi izləyin

Magazin1

İzzət Bağırov: “15 il sonra yeni müğənniyə ehtiyac qalmayacaq”

Müğənni İzzət Bağırov övladlarını şou biznesdə görmək istəmir. Publika.az xəbər verir ki, “Günaydın” verilişinin qonağı olan müğənni oğlanlarının müğənni olmaması üçün əlindən gələni edəcəyini bildirib.

“Mən istəmirəm uşaqlarım müğənni olsun. Amma onu da bilirəm ki, mənim deməyimlə deyil. Bəlkə böyüyəndə müğənni olmaq istədilər. Böyük oğlumun 5, əkizlərin isə 3 yaşı var. Hərdən qaşığı mikrofon əvəzi götürüb televizorun qarşısında dururlar. Amma bu da müğənni olacaqlarına dəlalət etmir. Məsələn, “Yar aman yar” mahnım hitə çevriləndə həyətdəki uşaqların hamısı onu ifa edirdilər. Bu, onların hamısının müğənni olacağını deməyə əsas vermir. Demirəm ki, uşaqlarımı müğənni olmağa qoymayacam. Ancaq çalışacağam ki, olmasınlar. Qoy, həkim, hüquqşünas, idmançı olsunlar. Hər gün səhər yuxudan durursan ki, yeni müğənni çıxıb. 15 il sonra yeni müğənniyə ehtiyac qalmayacaq”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm