Əkizlər “YouTube”da bir milyonu keçdi – FOTOLAR\VİDEO
Bizi izləyin

Magazin1

Əkizlər “YouTube”da bir milyonu keçdi – FOTOLAR\VİDEO

Əcnəbi müğənnilər mahnı və kliplərinin “YouTube” videoizləmə portalında baxış sayı ilə qürurlanır. Əslində, qürurlanmağa da dəyər. Çünki onların hər klipini gün ərzində 10 milyona yaxın izləyən olur.

Artıq Azərbaycanda da klipini “YouTube”a yerləşdirən və çox izlənənlər var. Müğənnilərimiz dünya ulduzları ilə müqayisədə geri qalsalar da, izlənmə sayı ilə öyünə biləcək nümunələr də yox deyil.

“YouTube”da Sevil və Sevinc bacıları fərqlənib. Onların klipinə qısa müddət ərzində bir milyondan artıq izləyici baxıb.

Bacıların bir neçə ay əvvəl yüklənən video kliplərinin də baxış sayı bir milyon civarındadır. Bu da müğənnilərin uğurudur.

İfaçıların “De, hardasan” adlı klipini 1, 5 milyondan çox, “Eşq dəlisi” klipini 1,2 milyondan çox, “Borc ver göz yaşlarını”, “Ürəyim” və digər kliplərini isə 9 yüz mindən çox dinləyən olub.

“YouTube”da ən çox izlənilən yerli musiqi nümunəsi isə Nadir Qafarzadənin “Maral” mahnısıdır. Mahnı 5 milyon dəfə izlənilib.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm