Məşhur musiqiçilər bir arada
Bizi izləyin

Magazin1

Məşhur musiqiçilər bir arada

Aprelin 12-də Bakı Caz Mərkəzində caz həvəskarları üçün məşhur musiqiçilərin iştirakı ilə konsert olacaq.

Publika.az-ın məlumatına görə, konsertdə Əfqan Rəsul və triosu çıxış edəcək. Trioya Əfqan Rəsul (fortepiano), Elvin Bəşirov (zərb) və Ruslan Hüseynov (bas gitara) daxildir.


Əfqan Rəsul Bakı Musiqi Akademiyasını bitirib, 2004-cü ildə pianoçuların IV Respublika müsabiqəsinin qalibi olub. O, dəfələrlə Bakıda keçirilən beynəlxalq caz festivallarında çıxış edib.


2011-ci ildə Permdə, 2012-ci ildə İsveçrənin Montö şəhərində keçirilmiş caz festivallarının iştirakçısı olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm