• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Habil Əliyev: “Arvadım üstümdə əsir”- ÖZƏL

  • Magazin1
  • 9 Aprel 2015 16:45
  • 734 Baxış
Habil Əliyev: “Arvadım üstümdə əsir”- ÖZƏL

Xalq artisti, ustad sənətkar Habil Əliyevdən xəbər var. Səhhətində ciddi problemlər olmasa da, sənətkar hələ də evdən bayıra çıxmır.

Bu barədə Publika.az-a danışan kaman ustadı müalicəsini ev şəraitində davam etdirdiyini deyib və zarafatından da qalmayıb: “Vəziyyətim o qədər də qorxulu deyil, evin içində gəzirəm. Amma Şərqiyyə məni çölə-bayıra çıxmağa qoymur. Arvad məni bərk qoruyur, üstümdə əsir. Havalar qızsın, görək necə olur. Müalicəmi də ev şəraitində davam etdirirəm. Qızlarımın üçü də həkimdir, üçü də səhhətimə nəzarət edir. Vaxtlı-vaxtında dava-dərmanımı edirlər”.

Xalq artisti onu da bildirib ki, sənət dostları onu yaddan çıxartmır, tez-tez zəng edib, hal-əhval tuturlar: “Dostlar sağ olsun, yanıma gələni də var, zəng edib əhvalımı soruşanlar da”.

Qeyd edək ki, ürəyindən müalicə olunan sənətkar gələn ay ad gününü qeyd edəcək.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR