Könül Kərimovanın aşıq olduğu mahnı - AUDİO
Bizi izləyin

Magazin1

Könül Kərimovanın aşıq olduğu mahnı - AUDİO

Müğənni Könül Kərimova “Eşqin dərindədir” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına buraxıb. Mahnının sözləri Nadoya, musiqisi isə Pərviz Mahmudova aiddir.

Yeni mahnısı ilə bağlı açıqlama verən sevilən müğənni fikirlərini publika.az-la bölüşüb:

“Özüm belə bir mahnı sifariş etmişəm. Estrada janrında olsun. Mahnıda həm qərb, həm də şərq elementləri hiss olunsun. Hər bəstəkar müğənnini hiss etmir. Pərviz məni başa düşür. Gənc olmasına baxmayaraq, müğənnini gözəl duyur”.

Müğənni, bəzi bəstəkarların əsərlərini bəyənsə də, onların ifaçı seçimində yalnıldığını da dedi:

“Bəstəkarlarımız gözəl mahnılar yazır, amma ifaçısını düzgün seçə bilmir. Demirəm ki, hansısa müğənnimiz və ya bəstəkarımız pisdir. Yox, sadəcə, müğənni həmin mahnıda özünü görüb, hiss etməyəndə uğurlu iş ərsəyə gəlmir. Nəticədə müğənninin də, bəstəkarın da zəhməti hədər gedir”.

Könül Kərimova isə Pərviz Mahmudovla iş birliyini hələ davam etdirəcəklərini də bildirib.

“İş birliyimiz davam edəcək. Hələ onunla bir işimiz də var. Yaxın günlərdə o mahnını da aranjemana verəcəyik”.

Yeni ifa etdiyi mahnısına aşiq olan müğənni ona klip də çəkdirməyi düşünür.

“Bu mahnıma fərqli klip istəyirəm. Rejissorlardan təklif gözləyirəm. Kim ifamda mahnımı hiss etsə, ssenari ilə mənə müraciət edə bilər”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm