Aparıcı həmkarına söz atdı
Bizi izləyin

Magazin1

Aparıcı həmkarına söz atdı

Bu gün “Yuxunuz şirin olsun” verilişinin aparıcısı Təranə Əliyeva, rejissoru Xamis Xanlaroğlu, montajçı Günay Balıyeva “Günaydın” verilişinin qonağı olublar. Çəkiliş komandasının proqrama qonaq gəlməsinə səbəb uşaqlar üçün hazırlanan verilişin 2 yaşının tamam olmasıdır.

Verilişdə Təranə Əliyevaya sürpriz də ediblər. Çəkiliş prosesi zamanı alınmayan hissələri toplayaraq sujet şəklində təqdim olunması studiyada gülüşə səbəb olub.

Vüsalə Kərimova həmkarına söz atmağı da unutmayıb.

“Sujeti izlədik. Gülməli idi. Sayənizdə Təranənin dişlərini sayını da bildik”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm