Rasim Balayev: “Məni buna məcbur edə bilmədilər”
Bizi izləyin

Magazin1

Rasim Balayev: “Məni buna məcbur edə bilmədilər”

Xalq artisti, tanınmış aktyor Rasim Balayev işsizlikdən gileylənib.

Publika.az-a danışan aktyor kinoya çəkilmədiyini və buna görə də çox darıxdığını bildirib: “İşsizəm və kinosuz çox darıxıram. Çoxdandır ki, heç bir filmə çəkilmirəm. Bu, aktyor üçün dözülməz haldır. Amma yeni rollar gözləyirəm”.

Maraqlıdır, görəsən, aktyoru seriallara dəvət edirlərmi?

Xalq artistinin cavabı belə olub: “Seriallara və digər kommersiya filmlərinə dəvətlər alıram, amma qəbul etmirəm. Mən elə aktyoram ki, ürəyim istəyən rola çəkilirəm. O rolu bəyənməsəm, ürəyimə yatmasa, dünyasında onu oynamaram. Elə cavan vaxtlarımdan belə olmuşam. Məni buna məcbur edə bilmədilər, indi də edə bilməzlər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm