İlkin Həsəninin şəxsi həyatı ilə bağlı şad xəbər - FOTOLAR
Bizi izləyin

Magazin1

İlkin Həsəninin şəxsi həyatı ilə bağlı şad xəbər - FOTOLAR

ATV-nin tanınmış aparıcısı İlkin Həsəni sosial şəbəkədə şəxsi həyatı ilə bağlı şad xəbər paylaşıb. Publika.az xəbər verir ki, aparıcı subaylığın daşını atmağa hazırlaşır.

Teleaparıcı “Facebook” profilində münasibətdə olduğunu göstərən funksiyanı və sevgilisi olduğu barədə qeyd edib. Bu paylaşımdan sonra dostları və onun profilini izləyənlər aparıcını bu münasibətlə təbrik ediblər.

Aparıcı Publika.az-a verdiyi müsahibəsində sevib-seçdiyi xanımın şou nümayəndəsi olmayacağını söyləmişdi.

Qeyd edək ki, teleaparıcı sosial şəbəkədə aktiv istifadəçidir. İlkin Həsəni Azərbaycanda sosial şəbəkədə ən çox izlənən məşhurlardan biridir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm