• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əbdül Xalid: “Məcbur olub zalı yarımçıq tərk etmişəm”

  • Magazin1
  • 10 Aprel 2015 12:15
  • 523 Baxış
Əbdül Xalid: “Məcbur olub zalı yarımçıq tərk etmişəm”

Əcnəbi ölkələrdə olduğu kimi, Bakıda da yeni filmlərin təmtəraqlı qala gecələri təşkil olunur. Filmin yaradıcı heyəti göz qamaşdıran geyimləri ilə qırmızı xalıdan keçib kameralara gözqamaşdıran görüntü verirlər.

Bundan başqa, şou biznesin sayılıb seçilən, öndə olan isimləri də belə tədbirlərin əsas qonaqları olur. Qala gecələrindən birində müğənni Əbdül Xalid ilə rastlaşdıq. Onun da yeni çəkilən filmlər barədə fikirləri ilə maraqlandıq.

- Son bir neçə ildə film sənayesinin durğunluqdan çıxdığı barədə fikirlər dolaşır. Bu sürətlə davam edərsə, yaxın gələcəkdə uğurlu ekran işlərinin əsrəyə gələcəyini iddia etmək olarmı?

- Doğrudan da son bir neçə ildə xeyli film çəkilib. Yeni çəkilən yerli filmləri mütəmadi olaraq izləyirəm. Çox sevinirəm ki, inkişaf da var, rəqabət də. Amma zəif cəhətlər də çoxdur. Məsələn, təəssüflə də olsa qeyd etməliyəm ki, komediya filmi çəkirik, ancaq heç gülməli olmur. Anlayıram, insanları güldürmək asan iş deyil. Amma elələri olub ki, baxmağa gəlmişəm, məcbur olub zalı yarımçıq tərk etmişəm.

- Özünüzü aktyor kimi sınamaq istərdiniz?

- Əlbəttə, istərdim. Rejissorlardan da təkliflər alıram. Çoxları xarizmamı, baxışlarımı film üçün uğurlu hesab edir. Əgər rolu təbii oynaya bilsəm, razılaşaram. Özümü görmədiyim rolla, filmə çəkilmək xatirinə heç vaxt razılaşmaram.

- Necə bir obrazı canlandırmaq istərdiniz?

- Özümü bir komediya filmində, gülməli obrazda görmürəm. Çox istərdim ki, ciddi bir obrazda filmə çəkilim. Bir az da əsəbi rol olsa, lap ürəyimcə olar.

- Daha çox hansı filmləri izləyirsiniz?

- Əcnəbi, türk filmlərini daha çox izləyirəm. Türkiyəli müğənni Mahsun Kırmızıgülün rejissorluq etdiyi filmləri çox bəyənirəm. Onun “5 minarə” adlı filmi möhtəşəm idi. O, müğənni olsa da, demək ki, rejissor kimi də potensialı var. Çünki bu sahədə bacarığı sayəsində özünü təsdiq etdi.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR