Fidan Əlizadənin yeni VİDEOSU yayıldı
Bizi izləyin

Magazin1

Fidan Əlizadənin yeni VİDEOSU yayıldı

Fidan Əlizadə sosial şəbəkədə fəaliyyəti ilə bağlı yeni video paylaşıb.

Publika.az xəbər verir ki, Rəssamlıq Akademiyasının tələbəsi Fidan Əlizadə özünə dəb bloqu açıb və bununla bağlı video paylaşıb. Videoda bloq haqqında fəaliyyəti ilə bağlı danışıb. Modelyer olmağa iddialı olan F. Əlizadə bloqunda həyat tərzi, geyim stili, saç düzümü və makiyajla bağlı təcrübəsini və fikirlərini bölüşəcəyini deyib. Yeri gəlmişkən, video İstanbulda çəkilib.

Xatırladaq ki, Fidan Əlizadə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edən Safura Əliyevanın bacısıdır. Safura Əliyeva sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub, hazırda İstanbulda yaşayırlar. Cütlüyün bir oğlu var.

Videonu təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm