Kayahan gənc həyat yoldaşına nə miras qoydu?
Bizi izləyin

Magazin1

Kayahan gənc həyat yoldaşına nə miras qoydu?

Ötən həftə vəfat edən sənətçi Kayahan həyat yoldaşına özünün ən dəyərli sərvətini miras qoyub.

Publika.az xəbər verir ki, usta sənətçi 5 ildə yazıb-bəstələdiyi və heç yerdə səsləndirmədiyi mahnılarını həyat yoldaşı İpek Açara bağışlayıb.

İpek Açar xəstəlikdən əziyyət çəkdiyi üçün 2009-cu ildən bəri albom çıxara bilməyən mərhum ərinin mahnılarından ibarət albom çıxarmaq üçün hazırlıqlara başlayıb.

Albomun payız fəslində satışa çıxacağı deyilir.

Xatırladaq ki, Kayahan İpek Açardan öncə iki dəfə evlənib. İpek Açarla isə 1999-cu ildə ailə qurub. 2000-ci ildə onların Aslı adlı qızları dünyaya gəlib. İpek Açar Kayahandan düz 27 yaş kiçikdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm