ATV: "Xoşqədəm qoy özü danışsın" – ÖZƏL
Bizi izləyin

Magazin1

ATV: "Xoşqədəm qoy özü danışsın" – ÖZƏL

Xoşqədəm Hidayətqızının ”Səni axtarıram” verilişi bundan sonra ATV-də deyil, ANS-də yayımlanacaq. Bununla bağlı mətbuatda yayılan xəbərlər təsdiqini tapıb.

Belə ki, Publika.az həm ANS, həm də ATV telekanalları ilə əlaqə saxlayaraq, xəbərin doğruluğunu təsdiqləyib.

Azad Azərbaycan Telekanalının (ATV) Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Publika.az-a açıqlamasında xəbəri təkzib etməyib. Əksinə, o, məsələ ilə bağlı ayrıntılı məlumatı Xoşqədəm Hidayətqızının özünün verəcəyini bildirib. Onun sözlərinə görə, rəhbərliklə Xoşqədəm Hidayətqızı arasında razılaşma belədir: “Xoşqədəm Hidayətqızı ATV-dən getməsi ilə bağlı yayılan xəbərlərə özü açıqlama verəcək və bütün detalları izah edəcək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm