Elnur riqalı jurnalistlərin suallarını cavablandıracaq - VİDEO\FOTOLAR
Bizi izləyin

Magazin1

Elnur riqalı jurnalistlərin suallarını cavablandıracaq - VİDEO\FOTOLAR

Bu il Azərbaycanı Viyanda keçiriləcək “Eurovision 2015” mahnı müsabiqəsində təmsil edəcək müğənni Elnur Hüseynov promo-tura çıxıb. Publika.az-ın məlumatına görə, ifaçının “Hour of the Wolf” adlı mahnı ilə ilk səfəri bu gün Latviyaya olub. Konsert proqramı ilə çıxış edəcək müğənni sonda riqalı jurnalistlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, 2-ci dəfə Azərbaycanı eyni müsabiqədə təmsil edən E.Hüseynov promo-tur çərçivəsində aprelin 13-də Macarıstanda, 18-də Hollandiyada, 24-də isə Moskvada səhnə alacaq.

Qeyd edək ki, azərbaycanlı iştirakçı “Eurovision-2015” yarışmasında 21 may müsabiqənin ikinci yarımfinal mərhələsində çıxış edəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm