Elmir: “Özümü orada görmürəm”
Bizi izləyin

Magazin1

Elmir: “Özümü orada görmürəm”

“Dəyirman” qrupunun eks-üzvü Elmir üzə çıxıb. Publika.az xəbər verir ki, uzun müddətdir efir məkanından uzaq düşən ifaçı ATV telekanalına müsahibə verib. O, özünün yeniliklərindən, aldığı təkliflərdən və calışdığı yeni musiqi şirkətindən danışıb:

“İzləyənlər məni sosial şəbəkələrdə axtarıb tapır. Verilişlərə getməməyimin səbəbi isə orada özümü görməməyimdir. Amma telekanallarda görünməmək sənətdən uzaqlaşdığım anlamına gəlmir. Yeni mahnı ifa etmişəm. Həmin mahnıya artıq klip də çəkilib. Ekran işi hazırda montaj prosesindədir. Mahnımın müəllifləri isə Rusiyanın məşhur “Triums Music” şirkətidir. Əminəm ki, bu, uğurlu iş olacaq. Bundan başqa 3 filmin rejissorundan təklif almışam. Əlbəttə ki, onların hamısına razılıq verməyəcəm”.

Müğənni həmçinin “Dəyirman” qrupunun yenidən birləşməsinin hazırda mümkün olmayacağını da əlavə edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm