• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sayqa Cahid meydan oxudu: "İndi dursunlar qarşımda, görüm, necə dururlar?!"

  • Magazin1
  • 11 Aprel 2015 15:30
  • 1 011 Baxış
Sayqa Cahid meydan oxudu: "İndi dursunlar qarşımda, görüm, necə dururlar?!"

Cəmiyyətdə fəallığı ilə seçilən ictimai fiqurların birdən-birə yoxa çıxması və uzun zaman ortada görünməməsinin yaratdığı boşluq hər zaman hiss olunur. 3 illik fasilədən sonra yenidən fəal yaradıcı prosesə qoşulan tanınmış telejurnalist və prodüser Sayqa Cahidin də sözünün yeri görünürdü. Haralardaydı, nə işlə məşğul idi?

Prodüser onu tərki-dünya edən səbəblərlə bağlı Publika.az-a müsahibə verib. Sayqa Cahidin dost-düşmənə meydan oxuduğu həmin müsahibəni təqdim edirik:

- Müğənnilərlə niyə işləmirsiniz?

- Elədir, çoxdandır işləmirdim. Artıq Səidə Sultan ilə başlamışıq. Onu uzun illərdir tanıyıram. Çox ləng çalışırdı. Ancaq daha belə olmayacaq. Səidə artıq “Space” telekanalında “Əsl şou” adlı verilişdə də aparıcılıq edir. Mən isə köhnə televiziya işçisi olaraq, onun arxasındayam.

- Sizinlə işbirliyindən sonra Səidədə hansısa yeniliklər olacaq?

- Bir prodüser kimi onun yanındayam. Yaya doğru bir neçə layihə gerçəkləşdirməliyik. İndidən heç nəyi açıqlamaq istəmirəm. Zamanı gəlincə, hər kəs biləcək.

- Müğənnilərin aparıcı olmasını çoxları qınayır. Bunu da onların bilik və savadının lazımınca olmaması ilə əsaslandırırlar. Haqsız da sayılmazlar. Səidənin aparıcılığını necə qiymətləndirirsiniz?

- Bu, ciddi veriliş deyil, əyləncəli səhər verilişidir və orada iki aparıcı var. Səidə müğənnidirsə, Novruz sırf aparıcıdır. Səidənin aparıcılığına gəlincə, o, hansı verilişə getsə, elə olduğu kimidir. Bundan sonra hər səhər onu olduğu kimi görəcəyik.

- Yaxşı, neçə il proseslərdən kənarda qalmağınızın səbəbi nə idi?

- Anam dünyasını dəyişəndən sonra 3 il özümü ələ ala bilmədim. Bu, mənim üçün dəhşət idi. Onun yoxluğu ilə bütün dünyam yıxıldı.

- Bu 3 ildə sizə baş çəkən şou nümayəndələri oldu?

- Əlbəttə, oldu. Rəhmətlik Hüseyn Dərya, Kərim Abbasov, Səidə Sultan... Hüseyn evimə qədər gəlirdi. Hər dəfə mənə baş çəkib, dəstək olurdular.

- Səidə ilə başlamağınızın xüsusi səbəbi varmı?

- Səidə mənə ailəliklə doğmadır. Biz 5-6 ilin tanışı deyilik, uzun illərdir tanıdığım birisidir. Səidəni hələ “W-trio” qrupuna gəldiyi vaxtdan tanıyıram. Özüm ona köməyimi təklif elədim. Dedim ki, Səidə, nə kömək lazımdırsa, mən hazıram. Düşünürəm ki, Səidəyə “Dostum” hiti kimi mahnılardan ibarət bir repertuar lazımdır. Hələliksə, biz sadəcə, başladıq. Plansız, proqramsız. Əsas ilk addımı atmaqdır. Bir-iki addım atdıqdadan sonra davamı gəlir. Bir də görəcəyik ki, artıq qaçırıq.

- Yəni, daha geri çəkilməyəcəksiniz?

- Bircə onu demək istəyirəm ki, kimsə görünmürsə, bu, o demək deyil ki, o, yoxdur. Sadəcə, hər kəsin oyanma vaxtı var. Mən, sadəcə, toparlanmalı idim. İndi dursunlar qarşımda, görüm, necə dururlar?!

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR