Yeni bədii filmin çəkilişləri başlayır
Bizi izləyin

Magazin1

Yeni bədii filmin çəkilişləri başlayır

Dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə Azərbaycanın populyar aktyoru Elməddin Cəfərovun baş rollarda çəkiləcəyi bədii filmin seçim turları başlayır.

Publika.az-a bu barədə layihənin mətbuat katibi Fuad Mədətovun verdiyi məlumata görə, əvvəl şərti adı “Elli”, hazırda isə dəqiq adı “Brat Li” olan komediya janrında çəkiləcək bədii filmin aktyor və aktrisa seçimləri (kastinq) Bakıda Bakı Slavyan Universitetinin əsas korpusunda keçiriləcək.

Seçimlərdə 18 yaşdan 55 yaşadək hər bir şəxs iştirak edə bilər.

Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru, ssenari müəllifi Nicat Rzazadə və rejissoru Ruslan İsmayılovdur.

Filmin bütün texniki işləri xarici ölkələrin birində həyata keçiriləcək. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm