• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MTV film mükafatları təqdim olundu – FOTOLAR

  • Magazin1
  • 13 Aprel 2015 12:45
  • 489 Baxış
MTV film mükafatları təqdim olundu – FOTOLAR

Ötən gün "MTV Movie Awards-2015” mükafatları təqdim olunub.

Publika.az xəbər verir ki, dünən keçirilən mükafatlandırma gecəsində müasir dövrün ən parlaq simaları iştirak ediblər. Hollivudun sevilən sənətçiləri Cennifer Lopez, Skarlet Yoxanson, Şeyla Budli, Sofiya Verqara, Kara Delevin və digərləri qırmızı xalça üzərində fotoqraflara poza veriblər. Ulduzlar libaslarını qırmızı xalça üzərində nümayiş etdirəndən sonra qaliblərin adları açıqlanıb.

Cennifer Lopes “Pərəstişkar” trillerində qorxu obrazını ən yaxşı yaratdığı üçün "Ən yaxşı qorxan" heykəlciyini qazanıb.

Şeyla Budli dram janrında çəkilmiş “Ulduzlar günahkardır” adlı filmdə oynadığı roluna görə “Ən yaxşı aktrisa” mükafatını qazanıb. Yeri gəlmişkən, xərçəng xəstəliyindən əziyyət çəkən qız haqqında çəkilən eyniadlı film həm də gecənin “Ən yaxşı filmi” seçilib.

“Ən yaxşı aktyor” nominasiyasında isə Bredli Kuper qalib gəlib. O, səs-küylü “Snayper” filmində canlandırdığı roluna görə mükafatlandırılıb.

Publika.az Rusiya mətbuatına istinadən gecənin ən yaddaqalan qonaqlarının fotolarını təqdim edir:

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR