Aygün və Röyadan sonra Lalə gedir
Bizi izləyin

Magazin1

Aygün və Röyadan sonra Lalə gedir

Türkiyə şou biznesinin ən gözlənilən hadisələrindən biri “Türkiyə Müzik Ödülləri” mükafatının təqdimetmə mərasimidir. Bu mükafata layiq görülmək üçün qonşu ölkənin müğənniləri dəridən-qabıqdan çıxırlar.

Publika.az xəbər verir ki, bu ilki mərasimdə Azərbaycanın əməkdar artisti Lalə Məmmədova da mükafatlananlardan ola bilər. Belə ki, müğənnimiz Kayahanın repertuarından ifa etdiyi “Kar taneleri” mahnısı ilə yarışa qatılıb.

Yarış iştirakçısı olaraq “Türkiyə Müzik Ödülleri” mükafatlandırma mərasiminə dəvət alan əməkdar artist sosial şəbəkədə bunları yazıb:

“İndicə xəbər aldım ki, “Türkiyə Müzik “Ödülleri 2014”ə Kayahanın “Kar taneleri” mahnısı ilə mən də namizədəm. Çox sevindim. Mükafatı qazanacağıma ümidim az olsa da, onu almağı çox istərdim. Ancaq nə olursa olsun, “Kayahandan seçmələr” albomunda Türkiyənin məşhur ifaçıları ilə bir sırada olmağım, dahi bəstəkarın sağlığında xeyir-duasını almağım mənə bir ömür bəs edər”.

Qeyd edək ki, ötən illər “Türkiyə Müzik Ödülləri” nominatları arasında xalq artist Aygün Kazımova və müğənni Röya Ayxanın da adı olub. Ancaq onların heç biri mükafata layiq görülməyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm