Elməddinin halı pisləşdi, xəstəxanaya aparıldı - ÖZƏL
Bizi izləyin

Magazin1

Elməddinin halı pisləşdi, xəstəxanaya aparıldı - ÖZƏL

Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində yaranan problemlər onu xəstəxanalıq edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, aktyor kəskin böyrək sancıları ilə paytaxt xəstəxanalarının birinə aparılıb.

Aktyorla əlaqə saxladıq. Xəbəri təsdiqləyən Elməddin xəstəxanada həkimlərin müdaxiləsindən sonra özünü nisbətən yaxşı hiss etdiyini deyib:

"Bir neçə gün idi ki, böyrəyimdə kəskin sancılar məni narahat edirdi. Bu gün səhər ağrılara dözə bilməyib həkimə getdim. Müayinələrdən sonra məlum oldu ki, böyrəyimdə daş və duz var. İynə vurdular, indi ağrılarım azalıb. Müalicə yazdılar, bəzi qidalardan imtina etməyi tapşırdılar. Xəstəxanada yatmağı məsləhət görsələr də, razılıq vermədim. Çünki işlərim tökülüb qalıb. Həm də xəstəxanada yata bilmirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm