Xalq artistləri “2115 qatarı”nda
Bizi izləyin

Magazin1

Xalq artistləri “2115 qatarı”nda

Aprelin 15-də Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış “2115 qatarı” tamaşasının premyerası keçiriləcək.

Teatrdan Publika.az-a veriln məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada əsas rollarda xalq artistlərii Hacı İsmayılov (vağzal məmuru), Nurəddin Mehdixanlı (kişi), əməkdar artistlər Sənubər İsgəndərli (qadın), Firuz Xudaverdiyev (yaşlı kişi), aktyor Ramin Şıxəliyev (yaşlı kişi) çıxış edirlər.

Müəllifin “2115 qatarı” birpərdəli pyesi 2002-ci ildə yazılıb. Akademik Milli Dram Teatrı Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk dəfədir ki, müraciət edir.

Yazarın pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm