Vahid Əziz özündən çıxdı: “Sən kimsən axı”? - QALMAQAL
Bizi izləyin

Magazin1

Vahid Əziz özündən çıxdı: “Sən kimsən axı”? - QALMAQAL

Musiqisi tanınmış bəstəkar Oqtay Kazımiyə, sözləri isə şair Vahid Əzizə məxsus olan “Həsrətin oldum” mahnısı ətrafında yaranan söz-söhbət səngimək bilmir. Bir müddət öncə, mahnının ilk ifaçısı olduğunu iddia edən müğənni Cavad Rəcəbli mahnının digər ifaçıları olan Qədir Məmmədov və Vasif Məhərrəmlini "ağ yuyub qara sərib".

Belə ki, müğənni Vasif Məhərrəmlinin həmin mahnını ilk dəfə Qədir Məmmədovun ifasında eşitdiyini söyləməsi Cavadı lap hövsələdən çıxarıb. Belə olan halda, o Vasif Məhərrəmlidən əl çəkib, Qədir Məmmədovu qaralayıb.

Maraqıdır, Vahidin sözlərinə bəstələnmiş mahnının ilk ifaçısı kim olub?

Mahnının sözlərinin müəllifi, tanınmış şair Vahid Əzizin məsələyə münasibətini öyrəndik.

Publika.az-a açıqlama verən şair bunları deyib: “Mahnının üstündə davadır, Cavad Rəcəbli deyir ki, mahnını ilk dəfə mən oxumuşam, Qədir Məmmədov da deyir ki, yox, ilk ifaçı mənəm. Hətta Cavad Rəcəbli bir neçə dəfə yanıma gəlib ki, bəs, bu mahnının ilk ifaçısı kimdirsə, deyin, gedim ondan halallıq istəyim. Mahnının müəllifi mən ola-ola, bunlar halallıq almağa müğənni axtarır. Müğənnidən soruşan gərək, sən kimsən, axı, bəstəkarın, şairin mahnısına sahiblənirsən. Əslində, bu mahnını ilk dəfə Mahrux Muradovanın ifasında eşitmişəm. Sonradan isə Vasif oxuyub. Mən heç Qədir Məmmədovun ifasında bu mahnını dinləməmişəm. Amma sağ olsunlar, mahnını yaşadırlar. Mahnı elə axıcıdır ki, hər bir müğənninin ifasında gözəl səslənər”.

Vahid Əziz gileyini də gizlətməyib: “Əslində mahnı üstündə müğənninin dava etməsi düzgün deyil. Çünki mahnının sahibi bəstəkar və şairdir. Mən demirəm ki, mahnıdan illərlə qazandığınız pulu gətirin mənə verin, amma halallığı məndən istəyin də. Daha bir-birinizi niyə qırırsınız?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm